-
Azərbaycanın ali məktəblərinə II ixtisas qrupu üzrə qəbul imtahanlarının nəticələri açıqlanıb.
Bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının saytında məlumat verilib.
TDQK bildirir ki, II qrup üzrə ixtisas seçimində keçid balı 150 müəyyən edilib. Üstəlik, ixtisas seçimində ixtiyari bir fəndən 0 bal toplayanlar belə iştirak edə biləcəklər. Ancaq qalan fənlər üzrə nisbi bal 10-dan az olmamalıdır.
Məlumatda həmçinin qeyd edilir ki, ödənişsiz dövlət ali məktəblərində ixtisas seçməkdən ötrü ən azı 350 bal tələb olunur. Bir şərtlə ki, hər bir fənn üzrə ən azı 10 bal toplansın.
Avqustun 3-də keçirilən II ixtisas qrupu üzrə imtahanda 22 mindən çox abituriyent iştirak edib.
TDQK bildirir ki, bu qrupa daxil abituriyentlərdən yalnız ikisi 700 bal toplayıb.
Ali təhsil müəssisələrinə ixtisas seçimi avqustun 7-dən 16-dək internet vasitəsilə aparılacaq. Qəbul aparılan ixtisasların siyahısı isə «Abituriyent» jurnalının 3-cü sayında dərc olunub.