Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 00:20

Yəməndə törədilmiş partlayışda 42 adam ölüb


Dünən Yəməənin cənubunda baş vermiş partlayışda 42 nəfər ölüb, 38 adam isə yaralanıb.

Bu barədə yerli həkimlər xəbər verirlər.

Partlayışı Caar şəhərində intiharçı törədib.

Bu şəhər Abyan əyalətində yerləşir.

İntiharçı əl Qaidə ilə mübarizədə hökumətə kömək edən qəbilə üzvlərinin yığışdığı dəfn mərasimində özünü partladıb.

Hökumət qoşunları iyunda ötən ildən yaraqlıların əlində olan bu şəhərə nəzarəti bərpa ediblər.

Amma radikal islamçı qruplar bu bölgədə hələ də fəaldırlar.

Çərşənbə günü Car şəhərində polis məntəqəsinə edilmiş hücum nəticəsində 2 əsgər və 1 dinc sakin ölüb.
XS
SM
MD
LG