Keçid linkləri

2024, 07 Sentyabr, şənbə, Bakı vaxtı 15:08

Suriyada 48 iranlı zəvvar oğurlanıb


Suriyanın hökumət qoşunları Hələb şəhərini artileriya atəşinə tutmaqda davam edir.

2 həftədir ki, uğrunda ağır döyüşlər gedir.

Hökumət qoşunları üsyançıları şəhərdən çıxarmağa cəhd göstərir.

Hüquq müdafiəçilərin məlumatına görə, hökumət qoşunları döyüşlərdə qırıcı təyyarələr və vertolyotlardan istifadə edir.

Paytaxt Dəməşqdə də döyüşlər gedir.

Fəallar həmçinin Deyr əl Zor şəhərinin artileriya atəşinə tutulduğunu, 28 nəfərin öldüyünü və onlardan 16-nın dinc sakinlər olduğunu deyirlər.

Ankaradan verilən məlumata görə, son günlər Türkiyəyə təxminən 650 qaçqın keçib.

Onların arasında bir briqada generalı da var.

Dəməşqdəki İran səfirliyi isə şənbə günü Suriyada 48 iranlı zəvvarın oğurlandığını xəbər verir.

Dənəşq hava limanına gedən yolda onların avtobusuna hücum edilib.
XS
SM
MD
LG