Keçid linkləri

Təcili xəbərlər
2021, 17 Yanvar, bazar, Bakı vaxtı 04:24

İran yeni nüvə danışıqlarına razılaşıb


Avropa Birliyinin xarici siyasət idarəsinin rəhbəri Catherine Ashton bildirir ki, İran avqustun sonuna yeni nüvə danışıqlarına başlamağa hazır olduğunu bildirir. Ashton bu barədə İranın nüvə danışıqlarındakı nümayəndəsi Saeed Jalili ilə avqustun 2-də telefon danışığında razılıq əldə etdiklərini deyib.

Catherine Ashton bu ilin aprelindən Britaniya, Çin, Fransa, Almaniya, Rusiya və ABŞ-la İranın danışıqlarını təşkil edir. Amma indiyə qədər 3 dəfə bu tərkibdə müzakirələr keçirilsə də Tehranı mübahisəli nüvə proqramından çəkindirmək mümkün olmayıb.

Qərb İranın həmin proqramının nüvə silahı yaratmağa yönəldiyindən narahatdır, onu dayandırmaq üçün bu ölkəyə sanksiyalar tətbiq edir. Tehran isə yalnız dinc məqsədlərlə uranı zənginləşdirməyə çalışdığını bildirir, amma nüvə obyektlərinə müfəttişləri buraxmır.
XS
SM
MD
LG