Keçid linkləri

2026, 27 İyun, şənbə, Bakı vaxtı 17:27

Avropa Mərkəzi Bankı avrodan imtinanı mümkün saymır

Mario Draghi
Mario Draghi
Avropa Mərkəzi Bankının rəhbəri Mario Draghi bildirib ki, avronun sabitliyi üçün bank bütün mümkün imkanlara əl atacaq.

O qeyd edib ki, avrodan imtina mümkün deyil və bu barədə yektil qərar qəbul edilib.

Draghi eyni zamanda etiraf edib ki, Almaniyanın Mərkəzi Bankı avrozonadakı borc böhranını dəf etmək üçün dövlət istiqrazlarının alınmasını məqsədyönlü saymır.

Draghi bütün maraqlı tərəfləri regionda maliyyə sabitliyinə nail olmaq üçün yaxın həftələrdə təkliflər verməyə çağırıb.
XS
SM
MD
LG