Keçid linkləri

2026, 13 Aprel, Bazar ertəsi, Bakı vaxtı 15:13

Hindistanda qatar yanıb, azı 30 adam ölüb

Arxiv foto
Arxiv foto
Hindistanın cənubunda sərnişin qatarında yanğın olub. Azı 30 adam ölüb, 28 adam yaralanıb. Dəmiryolları Nazirliyinin məlumatına görə, bir vaqon tamam yanıb.

Xilasetmə işləri davam edir. Qatar Dehlidən Cennai şəhərinə gedirmiş.

Yanğına elektrik naqillərində qısaqapanmanın səbəb olduğu bildirilir.
XS
SM
MD
LG