Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 15:50

İki gündə Hələbi 200 min adam tərk edib


Hələb sakinləri şəhəri tərk edir
Hələb sakinləri şəhəri tərk edir
Son iki gündə Suriyanın Hələb şəhərini iki yüz min adam tərk edib. İki gündür Hələbdə hökumət qoşunları ilə müxalifətçilər arasında güclü döyüşlər gedir.

BMT-nin humanitar əməliyyatlar idarəsinin rəhbəri Valerie Amos Suriya hakimiyyətini humanitar yardım gətirilməsi üçün təhlükəsiz dəhliz yaratmağa çağırıb. Döyüşlərə görə şəhərə humanitar yardım çatdırıla bilmir.

Valerie Amos bildirib ki, şəhərdə mühasirədə qalan dinc sakinlər var. Onların sayı məlum deyil.

7 GÜNDÜR ÇÖRƏKSİZ QALANLAR

Hələb şəhərinin 2 milyon yarım əhalisi var. Sakinlər məktəblərdə və digər ictimai binalarda gizlənir. Onların ərzağı, suyu çatmır.

Hələb sakinlərindən olan bir qadın Reuters agentliyinə deyib ki, «biz artıq yeddi gündür çörəksizik. And içirəm, şişirtmirəm, yeddi gündür çörəksizik. Hətta uşaqların da yeməyi qalmayıb».

Müxalif Suriya Milli Şurası beynəlxalq ictimaiyyəti üsyançıları silahla təmin etməyə çağırıb.

Suriyanın xarici işlər naziri Walid al-Muallem İrana səfəri zamanı bildirib ki, Hələbdəki müxalifətçilər mütləq məğlub olacaq. İranın xarici işlər naziri Ali Akbar Salehi isə deyib ki, Bashar Assadin istefası «bütün region və bütün dünya üçün» mənfi nəticəyə gətirib çıxara bilər.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG