Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:49

Mitt Romney Benjamin Netanyahu ilə görüşüb


İsraildə səfərdə olan ABŞ Respublikaçılar partiyasından prezidentliyə namizəd Mitt Romney bazar günü baş nazir Benjamin Netanyahu ilə görüşüb.

Netnayahu görüşdən əvvəl deyib ki, İranın nüvə proqramı ilə bağlı sanksiya və diplomatik səylərlə yanaşı ona qarşı güclü və aydın hərbi hədə lazımdır.

Romney isə bu məsələdə İsrailin mövqei ilə şərik olduğunu və bu məsələni onunla müzakirə etməyə hazır olduğunu deyib.

Qeyd edək ki, belə bir mövqe indiki prezident Barack Obamanın baxışlarına ziddir.

Obama İsraili istənilən bu cür addımdan çəkindirməyə çalışır.

Mitt Romneyin bu gün İsrail rəhbərliyi ilə görüşləri nəzərdə tutulub.
XS
SM
MD
LG