Keçid linkləri

2026, 20 May, çərşənbə, Bakı vaxtı 17:55

Azərbaycanda dondurma yemək olar

Foto arxiv
Foto arxiv
Azərbaycanın Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzi dondurma istehsal edən müəssisələr və dondurma satılan ticarət obyektlərində aparılan monitorinqin nəticələrini açıqlayıb.

Mərkəzin Qidalanma bölməsinin müdiri İmran Abdullayev APA-ya bildirib ki, məqsəd dondurmaların insan orqanizmi üçün təhlükəli olub-olmamasını araşdırmaq olub.

Onun sözlərinə görə, monitorinq zamanı ölkədə satılan dondurmaların insan orqanizmi üçün təhlükəli olmadığı aşkarlanıb.

İmran Abdullayev bildirib ki, araşdırmalar nəticəsində ötən il gigiyenik sertifikatı ləğv edilən 8 dondurma istehsalı müəssisindən bəzilərinin lisenziyası bərpa edilib.
This item is part of
XS
SM
MD
LG