Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 16:15

İspaniyada işsizlik 25 faizə çatıb



İspaniya hökuməti iyulun 27-də bildirib ki, bu ilin ikinci rübündə ölkədə işsizliyin səviyyəsi ölkədə işçi qüvvəsinin 25 faizinə çatıb. Milli Statistika Komitəsinin məlumatına görə son 6 ayda işsizlərin sayı daha 53 000 nəfər artıb və hazırda 5.7 milyon adam iş axtarır. Onların yarıdan çoxunun yaşı 25-dən aşağıdır.

İspaniya hökuməti bu yaxınlarda ölkəni bürüyən iqtisadi böhranın qarşısının alınması üçün əlavə qənaət planı elan edib. İspaniya bankları avrozona ölkələrindən milyardlarla avro yardım istəyir.
XS
SM
MD
LG