Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 14:42

Məhbus Belarus müxalifətçisi prezidentdən əfv istədi


Belarus həbsxanasında aclıq aksiyası keçirdikdən sonra səhhəti ağırlaşan müxalifət fəalı Syarhey Kavalenka prezident Aleksandr Lukaşenkadan əfv olunmasını istəyib.

Kavalenkanın həyat yoldaşı Alena bu barədə AzadlıqRadiosuna məlumat verib. Onun sözlərinə görə, həyat yoldaşının bu addımı atmasına səbəb həbsxana rəhbərliyi tərəfindən təzyiqlərin get-gedə artmasıdır.

O deyib ki, Kavalenkaya bildiriblər ki, əfv üçün müraciət etsə, iyulun 3-də azadlığa buraxılacaq. Bununla belə, siyasi fəal hələ də həbsdədir.

37 yaşlı Kavalenka 25 aylıq həbs cəzasına məhkum olunub. O, "qadağan olunmuş Belrus milli bayragını qeyri-qanuni nümayiş etdirməkdə" ittiham olunur.
XS
SM
MD
LG