Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:36

Əsas, yoxsa vahid namizəd və əsir düşən əsgər


-

İYULUN 27-DƏ ÇAP EDİLƏN QƏZETLƏRİN İCMALI


«Exo» qəzeti yazır: «Azərbaycan əsgəri ermənilərə əsir düşüb». Hərbi ekspert Üzeyir Cəfərov Firuz Fərəcovun Tovuzda cəbhə xəttində əsir düşməsinə belə münasibət bildirib: «Düzdür, Müdafiə Nazirliyi əsgərin azdığını deyir. Amma buna az inanıram, çünki hərbi qulluqçuların bu istiqamətdə əsir düşməsi birinci hal deyil».
Üzeyir Cəfərov deyir ki, Ermənistana əsir düşən və sonradan üçüncü ölkəyə verilən azərbaycanlı hərbçilər Samir MəmmədovunMəmmədbağır Axundzadənin vətənə qayıtmaq istəməsi haqda onda məlumatlar var. Ona görə də ekspert hesab edir ki, Azərbaycan tərəf Firuz Cəfərovla bağlı problemi qısa vaxtda həll etməlidir. Əks halda onu da üçüncü ölkəyə göndərə bilərlər.

«SİZ KİMSİNİZ, RÜSTƏM İBRAHİMBƏYOV?»
İyulun 27-də çıxan qəzetlər yenə də dramaturq Rüstəm İbrahimbəyov haqda yazırlar. «Yeni Azərbaycan» qəzeti sual edir: «Siz kimsiniz, Rüstəm İbrahimbəyov? Və yaxud bir qədər də biznesmen və işbaz İbrahimbəyov haqqında».
Rüstəm İbrahimbəyov
Rüstəm İbrahimbəyov
Qəzet iddia edir ki, Rüstəm İbrahimbəyovun sədrlik etdiyi Kinematoqrafçılar İttifaqı onun «şəxsi maraq və ambisiyalarına xidmət edib». Yəni İttifaqın balansında olan çoxlu sayda avtomobil satılıb, qonaqlara xidmət etməli «Çayka» maşını toylarda istifadə olunur, quruma ayrılan 83 min dollar müəmmalı şəkildə yoxa çıxıb. «Yeni Azərbaycan» dramaturqun ittifaqa məxsus sanatoriyaların yerləşdiyi əraziləri satmaqda ittiham edir, onun Şəhidlər Xiyabanı ətrafındakı meşə massivini ələ keçirərək restoran tikmək niyyətindən danışır.
«Rüstəm İbrahimbəyov heç vaxt özünə rəva bilməz və yol verməz ki, onun adı azərbaycanlılar üçün müqəddəs sayılan Şəhidlər Xiyabanının yanında hansısa əyləncə mərkəzi ilə bağlansın».

ELDAR NAMAZOVDAN TƏKLİF...

Bunu isə «Azadlıq» qəzetinə müsahibəsində «Azərros» Federal Milli-Mədəni Muxtariyyətinin prezidenti, Rusiya prezidenti yanında millətlərarası münasibətlərə dair şura üzvü Söyün Sadıqov söyləyib. Onun qənaətincə, bütün bunlar Rüstəm İbrahimbəyov kimi hörmətli adamı nüfuzdan salmaq üçündür:
«Məmurların diqqətinə çatdırım ki, onun hər bir filmi dünyadakı ən dəbdəbəli restorandan bir neçə yüz dəfə bahadır».
Eldar Namazov
Eldar Namazov
«Müxalifət vahid namizədini yox, əsas namizədinin müəyyənləşdirməlidir». Ziyalılar Forumunun üzvü Eldar Namazov «Bizim yol»a müsahibəsində belə deyib:
«Bir sıra partiyalar birləşib bir nəfərin namizədliyini dəstəkləsələr də, bu, həmin şəxsin qələbəsinə təminat vermir. Yəni həmin şəxsin çiyninə düşən çox vacib məsələlər var və bu halda vahid namizədin funksiyaları müəyyənləşdirilməlidir. Funksiyalara beynəlxalq dəstək, hakimiyyət aparatında çalışanların bir qismini konsensusa gətirmək daxildir».
Eldar Namazova görə, bundan sonra bu işi görəcək adamın təcrübəsi, əlaqələri, imkanları nəzərə alınmalıdır. «Məncə, əsas yanaşma bu olmalıdır. Təəssüf ki, bizdə yenə arabanı atın qabağına bağlamaq istəyirlər».
«Azərbaycan» qəzeti prezident İlham Əliyevin və Azərbaycan idmançılarının növbəti heyətinin Londona yola düşməsini xəbər verir. Prezident XXX Yay Olimpiya Oyunlarının açılışında iştirak edəcək.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG