Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:16

Avropa Bankı keçmiş sovet respublikaları ilə bağlı proqnozlarını endirir



Avropa Yenidənqurma və İnkişaf Bankı avrozona ölkələrindəki böhranın mənfi təsirlərinin şərqə doğru – xüsusilə də Rusiyaya yayılmaqda olduğunu bildirir. Buna görə də həmin Bank keçmiş sovet bloku ölkələrinin 2012-ci ildə iqtisadi inkişafı ilə bağlı proqnozunu əvvəl gözlədiyi 2.7 faizədn 1.3 faizə endirib.

Bank 2013-cü ilə olan 3.7 faizlik inkişaf proqnozunu da 3.2 faizə endirib.
Ayrıca Rusiya ilə bağlı bu Bank 2012-ci ildə 4.2 faiz iqtisadi artım gözlədiyi halda, indi proqnozunu 3.1 faiz verir.

Avropa Yenidənqurma və İnkişaf Bankı həmçinin əlavə edir ki, hələ bu yeni proqnozlar da sabit deyil, avzrozonadakı böhran keçmiş sovet respublikalarına yaxın gələcəkdə daha pis təsir edə bilər.
XS
SM
MD
LG