Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 11:19

H.Clinton Suriya rejimini dəstəkləyən ölkələri tənqid edib


Suriyanın hökumət qoşunları çərşənbə günü Hələb şəhərində gedən döyüşlərdə qırıcı təyyarələrdən istifadə edib.

Bu barədə döyüş zonasının yaxınlığından BBC-nin müxbiri məlumat verir.

Suriya həftənin sonundan şəhər üzərinə hücuma keçib.

Hökumət qoşunları döyüşlərdə raket və artileriya qüvvələrindən istifadə edir.

Fransalı müxbirin məlumatına görə, üsyançılar şəhəroin mərkəzində pöolis məntəqələrini mühasirəyə alıblar.

Hökumət qoşunları bundan əvvəl paytaxt Dəməşqdə nəzarəti tam bərpa edib.

Hüquq müdafiəçilərinin sözlərinə görə, çərşənbə günü Suriyada azı 80 adam öldürülüb.

ABŞ Dövlət katibi Hillary Clinton Vaşinqtonda Holokost muzayində çıxış edərkən hələ də Suriya hakimiyyətini dəstəkləyən ölkələri tənqid edib.

O çıxışında Rusiya, İran və Çinin adlarını çəkib.

1 ildən çoxdur ki, Suriyada prezident Bashar Assadın istefası tələbilə kütləvi etirazlar gedir.

Suriyalı hüquq müdafiəçiləri bu müddət ərzində 19 min adamın öldürüldüyünü deyirlər.
XS
SM
MD
LG