Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 12:05

Beynəlxalq kreditçilər Yunanıstana gedir


Beynəlxalq Valyuta Fondu, Avropa Mərkəzi Bankı və Avropa Komissiyasının nümayəndə heyəti Yunanıstana gedir.

Məqsəd dövlət borcunun azaldılması ilə bağlı Yunanıstan hökumətinin gördüyü işlərlə tanış olmaqdır.

Yunanıstan kəskin iqtisadi tədbirlər əvəzində 30 milyard avrodan artıq növbəti beynəlxalq yardım almalıdır.

Bu ölkəyə vəd edilmiş ümumi yardımın həcmi isə 130 milyard avrodur.

Beynəlxalq reytinq təşkilatı olan Moodus agentliyi Avropada ən sabir ölkələr olan Almaniya, Niderland və Lüksemburqun reytinqlərini azaldıb.

Qərarda deyilir ki, bu Yunanıstanın avrozonadan çıxacağı halda bu ölkələrdə risklərin artması ilə bağlıdır.
XS
SM
MD
LG