Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:18

I ixtisas qrupu üzrə qəbul imtahanlarında 197 nəfər «0» nəticə göstərib


-
Azərbaycanda ali məktəblərin I ixtisas qrupu üzrə keçirilən qəbul imtahanlarında 197 nəfər «0» nəticə göstərib.

Bu açıqlamanı APA-ya Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə verib.

I ixtisas qrupunun qəbul imtahanlarında 2616 nəfər 0-20, 4140 nəfər 20-40, 3748 nəfər 40-60, 2989 nəfər 60-80, 2410 nəfər 80-100, 1928 nəfər 100-120, 1632 nəfər 120-140, 1453 nəfər isə 140-160 bal toplayıb.

Qəbul imtahanlarında ən yüksək nəticə 690 bal olub. Bu nəticəni 2 nəfər göstərib.

Ümumilikdə I ixtisas qrupu imtahanlarında 234 nəfər 600-dən yuxarı bal toplayıb.
XS
SM
MD
LG