Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 19:50

Serbiya prezidenti BMT-nin baş katibini vasitəçiliyə çağırıb


Serbiya prezidenti Tomislav Nikolic BMT-nin baş katibi Ban Ki-moondan Serbiya-Kosovo danışıqlarında vasitəçi olmağı xahiş edib.

Bu haqda Tomislav Nikolic Belqradda BMT-nin baş katibi ilə keçirdiyi danışıqlarda bildirib. Serbiya prezidenti beynəlxalq ictimaiyyəti Serbiyanın ərazi bütövlüyünə hörmətlə yanaşmağa çağırıb.

Belqradla Priştina arasında danışıqlar keçən ildən gedir. Avropa Birliyi Serbiya və Kosovonı münasibətləri normallaşdırmağa çağırır.

Kosovo 2008-ci ildə müstəqilliyini elan edib. Onun müstəqilliyini BMT-yə üzv olan 90 ölkə qəbul edib. Serbiya Kosovonın müstəqilliyini tanımaqdan imtina edir.
XS
SM
MD
LG