Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:19

Timoşenkonun məhkəməsi yenə də təxirə salındı


Xarkov məhkəməsi keçmiş baş nazir Yuliya Timoşenkoya qarşı qaldırılmış yeni cinayət işi ilə bağlı prosesi iyulun 31-ə keçirib.

Buna səbəb Timoşenkonun məhkəməyə gəlməkdən imtina etməsi olub.
İyulun 10-da da proses eyni səbəbdən təxirə salınıb.

Polisin məlumatına görə bu gün məhkəmə zalına 5 minədək adam yığışıbmış.

Timoşenko bu dəfə böyük məbləğdə vəsaiti mənimsəməkdə və vergidən yayınmaqda ittiham olunur.

Keçmiş baş nazir hazırda hakimiyyətdə olduğu dövrdə səlahiyyətlərini aşma ittihamı ilə 7 illik həbs cəzası çəkir.

Söhbət onun hakimiyyəti dövründə Rusiya ilə imzalanmış qaz müqaviləsindən gedir.
XS
SM
MD
LG