Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 16:29

Pakistan Əfqanıstanı artileriya atəşinə tutub


Şənbə günü axşam Əfqanıstanın Danqam kəndinin Pakistan ərazisindən artileriya atəşinə tutulması nəticəsində 4 adam ölüb.

Bu barədə AzadlıqRadiosuna Kunar əyalətinin rəsmisi Vasifullah Vasif məlumat verib.

Onun sözlərinə görə, atəş nəticəsində 10 ev dağılıb.

Əyalət rəhbərliyi və yerli sakinlər sərhəd rayonlarının Pakistan ərazisindən atəşə
tutulmasına son qoyulması üçün Əfqanıstan hökumətini təcili tədbirlər görməyə çağırıblar.

Pakistan hökuməti bölgədə yaraqlılara qarşı mübarizə apardığını deyir.
XS
SM
MD
LG