Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 01:33

Suriyada ağır döyüşlər gedir


Suriya ordusu ağır silahlar və vertolyotların köməkliyi ilə paytaxt Dəməşq və ətrafdakı 2 məhəlləyə hücuma keçib.

Üsyançıların sözlərinə görə, hökumət qoşunları müxalifət qüvvələrini Dəməşqin Mezzeh rayonundan çıxarıblar.

Həmçinin hazırda Hələb şəhərində ağır döyüşlər getdiyi xəbər verilir.

Üsyançılar şəhəri ələ keçirməyə çalışır.

Şəhərin özü və ətraflarından atışma səsləri eşidilir.

Üsyançılar bazar gününə keçən gecə prezident Bashar Assadın atası, keçmiş prezident
Hafez Assadın büstünü dağıdıblar.

Suriyada fəaliyyət göstərən hüquq müdafiəçiləri ötən ilin martından bu yana ölkədə gedən toqquşmalarda 19 min adamın öldüyünü deyirlər.
XS
SM
MD
LG