Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 05:27

Obama islam ölkələrində mübarizə aparan fəalları alqışlayıb


ABŞ prezidenti Barack Obama islam ölkələrində demokratiya uğrunda mübarizə aparan fəalların mətinliyini alqışlayıb.

Obamanın müsəlmanların müqəddəs bayramlarından olan Ramazan ayının başlanması ilə bağlı yaydığı bəyanatda deyilir ki, bu bayram bu il demokratiya yolunda olan Yaxın Şərq və
Şimali Afrika ölkələri üçün xüsusi əhəmiyyət daşıyır.

Suriyadakı vəziyyətə gəldikdə isə prezident qeyd edib ki, Birləşmiş Ştatlar öz taleyini həll etmək istəyən, ölkəsində qorxusuz və azad yaşamaq istəyənləri həmişə müdafiə edəcək.

Cümə günü Şərqin bir çox ölkəsində müqəddəs Ramazan ayı başlanıb.
XS
SM
MD
LG