Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:21

Fukusima-Daiçidə şüalanmanın dərəcəsinin gizlədilməsi araşdırılır


Yaponiyanın Səhiyyə Nazirliyi Fukusima-Daiçi atom elektrik stansiyasında qəza aradan qaldırılarkən şualanmanın dərəcəsinin gizlədilməsi barədə məlumatı araşdırır.

Məlumatlara görə stansiyanı idarə edən TEPCO şirkəti qəzanın fəsadları aradan qaldırılarkən işçiləri şualanmanın dərəcəsini gizlətməyə məcbur edib.

İşçilərdə bu faktı təsdiqləyən audioyazılar olduğu bildirilir.

2011-ci ildə Yaponiyada baş vermiş zəlzələ və sunami nəticəsində Fukusima-Daiçi stansiyasında qəza baş verdi.

Nəticədə 10 minlərlə insan fəlakət zonasından köçürüldü.
XS
SM
MD
LG