Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:08

Tatarıstanda müftilərə hücum Həcc ziyarəti ilə bağlı ola bilər


Tatarıstan müftisinə və onun müavininə olan sui-qəsdlə bağlı 4 şübhəli şəxs saxlanılıb.

Bu haqda Rusiya İstintaq Komitəsinin nümayəndəsi Vladimir Markin məlumat verib.onun sözlərinə görə, tutulanlar Həcc ziyarətlərini təşkil edən turist şirkətinin rəhbəri və başqalarıdır. Polis hücumların Həcc ziyarəti fondlarını nəzarətə almaq motivində təşkilini istisna etmir.

Sui-qəsd dünən Kazanda baş vermişdi. Partlayış nəticəsində Tatarıstan müftisi İldus Fayzov yaralanıb, başqa bir hücumda isə onun müavini Valiulla Yakupov öldürülmüşdü.
XS
SM
MD
LG