Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:24

Bakıda «azad mətbuat yürüşü» keçiriləcək


İyulun 22-də media təmsilçiləri Azərbaycan Jurnalistikası Günü münasibətilə «Azad mətbuat yürüşü» keçirəcək. Məlumatı RATİ yayıb.

Xəbərdə deyilir ki, yürüş Fəxri xiyabanda milli mətbuatın banısı Həsən bəy Zərdabinin məzarını ziyarətlə başlayacaq.

Ardınca İkinci Fəxri xiyabanda «Monitor» jurnalının baş redaktoru Elmar Hüseynovun, «Azadlıq» qəzetinin qurucusu Nəcəf Nəcəfovun, Şəhidlər xiyabanında jurnalistlər Çingiz Mustafayev, Salatın Əsgərova, Alı Mustafayev, Arif Hüseynli və digər media nümayəndələrinin məzarları ziyarət olunacaq.
XS
SM
MD
LG