Keçid linkləri

2024, 27 Oktyabr, bazar, Bakı vaxtı 20:16

Moskva ilə Pekin Suriya ilə bağlı qətnamə layihəsinə veto qoydular


Rusiya ilə Çin yenədə BMT-nin təhlükəsizlik şurasında Suriya ilə bağlı qətnamə layihəsinə veto qoyublar.

Qərb ölkələrinin təklif etdiyi qətnamə layihəsində BMT-nin bu ölkədəki müşahidəçilər missiyasının genişləndirilməsi və prezsident Bashar Assadın 10 gün ərzində hərbi əməliyyatları dayandırmağacağı halda Suriya rejiminə qarşı yeni sanksiyalar tədbiq edilməsi nəzərdə tutulurdu.

Rusiyanın BMT-ki nümayəndəsi Vitali Çurkin deyib ki, BMT-nin təhlükəsizlik şurasından istifadə edərək Suveren dövlətlərdə öz siyasi sxemini həyata keçirmək planları keçməyəcək.

Pakistanla Cənubi Afrika Respublikası isə bitərəf qalıblar.

Son 48 saat ərzində ölkədə qarşıdurma daha da gərginləşib.

Suriyalı fəallar 1 ildən çoxdur ki, ölkədə davam edən toqquşmalarda 17 mindən çox adamın öldürüldüyünü deyirlər.

Dünən və bu gün Dəməşq və onun ətraflarında silahlı toqquşmalar davam edib.
XS
SM
MD
LG