Keçid linkləri

2017, 27 Aprel, Cümə axşamı, Bakı vaxtı 13:26
Azərbaycan Mərkəzi Bankı (AMB) İdarə Heyətinin 2012-ci ilin I yarımildəki fəaliyyətinin yekunlarına həsr olunmuş geniş iclas keçirilib.

AMB-dən APA-ya verilən məlumata görə, Mərkəzi Bankın sədri Elman Rüstəmov çıxışında qeyd edib ki, 2012-ci ilin ötən dövrü ərzində bankın həm cari, həm də strateji fəaliyyəti ölkə iqtisadiyyatının dayanıqlı artımı və inkişafına yönəlmiş iqtisadi siyasətin hərtərəfli dəstəklənməsinə xidmət edib.

E.Rüstəmov bildirib ki, 2012-ci ilin altı ayında ölkədə iqtisadi artım tempi 1,5% olub, qeyri-neft sektoru 11,3%, qeyri-neft iqtisadiyyatına qoyulan investisiyaların həcmi isə 30,2% artıb.

Xarici ticarət balansının profisiti 7 mlrd. dollar təşkil edib, strateji valyuta ehtiyatları 44 mlrd. dolları ötüb.

Makroiqtisadi sabitlik qorunub, orta illik inflyasiya cəmi 2,2% təşkil edib.

İclasda vurğulanıb ki, cari ilin altı ayının sosial-iqtisadi inkişaf yekunlarına həsr edilmiş Nazirlər Kabinetinin geniş iclasında prezident İlham Əliyev tərəfindən makroiqtisadi sabitlik mühüm prioritet kimi qeyd olunub. Bu prioritetdən çıxış edərək inflyasiyanın təkrəqəmli səviyyədə saxlanılmasına yönəlmiş tədbirlər bundan sonra da davam etdirilməlidir.

Günün bütün mövzuları

XS
SM
MD
LG