Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:57

Yunanıstan hökuməti büdcənin ixtisarını müzakirə edir


Yunanıstanın baş naziri Antonis Samaras hökumət üzvlərilə büdcə xərclərinin mümkün ixtisarını müzakirə edir.

Söhbət 2 il ərzində 11,5 milyard avroya qənaət edilməsindən gedir.

Bunu iyulun 26-da Yunanıstana gedəcək beynəlxalq kreditçilər tələb edir.
İyunun 17-də Yunanıstanda keçirilmiş parlament seçkisində Samarasın rəhbərlik etdiyi
“Yeni demokratiya” partiyası qalib gəlib.

Partiya seçicilərə Afinaya ayrılmış beynəlxalq kreditin şərtlərinə yenidən baxacağını vəd edib.

Hakim koalisiyaya daxil olan keçmiş maliyyə naziri Rvangelos Venizelos bildirib ki, tənəzzülün davam eləməsi 2013-2014-cü illərdə büdcə xərclərinin ixtisarını çətinləşdirir.
XS
SM
MD
LG