Keçid linkləri

2026, 15 Aprel, çərşənbə, Bakı vaxtı 11:30

Prezidentin qaynını öldürməyə görə bir nəfəri tutublar

Tacikistan prezidenti Emomali Rahmonun qaynı Kholmumin Safarovu qətlə yetirməkdə ittiham şəxs tutulub. Daxili İşlər nazirliyi bildirib ki, şübhəlini xüsusi əməliyyat nəticəsində həbs ediblər, ancaq cinayətin digər iştirakçılarının axtarışı davam edir. Nazirlik tutulanın kimliyini açıqlamayıb.

57 yaşlı Safarov prezidentin böyük bacısının həyat yoldaşı idi. İyun ayında paytaxt Düşənbədəki evində güllələnib öldürülmüşdü.

Hələ ki rəsmilər qətlin motivləri haqqında heç bir versiya irəli sürməyiblər.
This item is part of
XS
SM
MD
LG