Keçid linkləri

Təcili xəbərlər
2021, 25 Sentyabr, şənbə, Bakı vaxtı 02:23

Kofi Annan Rusiya rəhbərliyi ilə Suriyanı müzakirə edəcək


Bu gün BMT-nin xüsusi nümayəndəsi Kofi Annan Moskvaya ikigünlük səfərə gəlir. O, Rusiya rəhbərliyi ilə Suriyadakı gərgin vəziyyətdən çıxış yollarını müzakirə edəcək.

Kofi Annan bu gün axşam Rusiyanın xarici işlər naziri Sergey Lavrovla, sabah isə prezident Vladimir Putin ilə görüşəcək. Pekində isə bu gün BMT-nin baş katibi Ban ki-Moon Çin rəhbərliyi ilə görüşəcək.

Beynəlxalq ictimaiyyət Moskva ilə Pekini Suriyaya təzyiq göstərmək üçün inandırmağa çalışır.

Beynəlxalq Qırmızı Xaç Komitəsi bildirir ki, baş verən silahlı qarşıdurmalar artıq daxili müharibə kimi xarakterizə olunmalıdır. İndiyə qədər isə təşkilat İdlib, Homs, Hama və ətrafdakı yaşayış ərazilərini “müharibə bölgələri kimi” qəbul edirdi.
XS
SM
MD
LG