Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 00:42

Bu gün Naxçıvan Ali Məclisinə əlavə seçkilər keçirilir


-

Tənqidi jurnalistikadan, müxtəlif fikirləri əks etdirən məqalələrdən, debat və müzakirələrdən təngə gəlmisənsə, «Şərq qapısı» qəzetini oxu!

«Şərq Qapısı» 20 iyun 2012. sayı: 114(20.519)

ƏMƏYİN MÜHAFİZƏSİ İLƏ ƏLAQƏDAR KURSLAR DAVAM ETDİRİLİR
Azərbaycanda insan amilinə göstərilən diqqət özünü iqtisadi və sosial həyatın bütün sahələrində göstərməkdədir. Həyat səviyyəsinin getdikcə yüksəldilməsi, insanların sağlamlığının qorunması və əməyin mühafizəsinin təşkili məsələləri hər bir sivil dövlətdə olduğu kimi, Azərbaycanda və onun Naxçıvan Muxtar Respublikasında da öz aktuallığını qorumaqdadır. Muxtar Respublikamızda bu sahədə görülən tədbirlər müasir inkişafın bütün tələblərinə cavab verən səviyyədə olub, daim izlənən sosial siyasətin mühüm bir hissəsinə çevrilmişdir.
27 fevrala 2012-ci il tarixdə Naxçıvan muxtar Respublikası Ali Məclisində tikinti sektorunda əməyin təşkili, təhlükəsizlik qaydalarına riayət olunması və muxtar respublikada yanacaq ehtiyatının yaradılması məsələlərinə həsr olunmuş müşavirədə verilmiş tapşırıqların icrası ilə əlaqədar maarifləndirici tədbirlər davam etdirilir. Bunlardan biri də Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Naxçıvan Regional Peşə Tədris Mərkəzində təşkil olunana kurslardır.
Növbəti kurslara «Cahan Holding» Kommersiya Şirkətlər İttifaqının istehsal müəssisələrinin, «Naxçıvan Duz İstehsalı», «Ləzzət Qida Sənaye», «Prestij Naxçıvan Pivəsi» Məhdud Məsuliyyətli Cəmiyyətlərinin əməyin mühafizəsi xidmətlərinin əməkdaşları cəlb olunmuşlar.
15 iyul 2012-ci il tarixdə 20 saylı Yarımca seçki dairəsi üzrə 4-cü çağırış Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə keçiriləcək əlavə seçkilərdə deputatlığa namizədlikləri qeydə alınmış vətəndaşlar barədə
MƏLUMAT
1. Əliyev Asim Yadigar oğlu – 1954-cü ildə Şərur rayonunun Püsyan kəndində anadan olub. Ali təhsillidir, 1975-ci ildə indiki Naxçıvan Dövlət Universitetinin Azərbaycan dili və ədəbiyyatı ixtisası üzrə bitirib. Hal – hazırda Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri vəzifəsində işləyir. Bitərəfdir.
2. Rəhimov Məmmədəli Həmzə oğlu – 1951-ci ildə Babək rayonunun Qaraqala kəndində anadan olub. Ali təhsillidir…
3. Kazımov Yusif Cəlil oğlu – 1958-ci ildə Babək rayonunun Kərimbəyli kəndində anadan olub. Orta ixtisas təhsillidir, 1981-ci ildə Naxçıvan Sovxoz Texnikumunun texnik – mexanik ixtisası üzrə bitirib…
DİGƏR MƏQALƏ BAŞLIQLARI:
- Şərurda bələdiyyə vergiləri ilə əlaqədar seminar – müşavirə keçirilib
- Naxçıvan: tarixi proseslər və müasir dövr
- Bir kənddə üç quruculuq ünvanı
XS
SM
MD
LG