Keçid linkləri

Təcili xəbərlər
2021, 20 İyun, bazar, Bakı vaxtı 00:59

Yaltada Ukrayna-Rusiya dövlətlərarası komissiyasının iclası keçirilir


İclasa Ukrayna prezidenti Viktor Yanukoviçlə Rusiya prezidenti Vladimir Putin sədrlik edirlər.

Ukrayna mətbuatının yazdığına görə, Krım görüşündə əsasən Kerç boğazı və Azov dənizində sərhədlə bağlı müqavilə imzalana bilər.

Amma Rusiya tərəfinin məlumatına görə tərəflər yalnız Azov və Qara dəniz sərhədlərinin bölünməsilə bağlı bəyanat imzalayacaqlar.

Rusiyadan alınan qazın qiymətinin ucuzlaşdırılmasına gəldikdə isə Kremlin mövqei dəyişməzdir və bu məsələyə Ukraynanın Rusiya-Belarus-Qazaxıstan gömrük ittifaqına tam qoşulmasından sonra baxmaq olar-deyə məlumatda bildirilir.
XS
SM
MD
LG