Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 08:44

Azərbaycanı niyə 67-ci yerə qoydular? (Zəif cəhətləri)


Dünya ölkələri arasında ərzaq təhlükəsizliyi məsələsində ABŞ, Danimarka və Fransa öndədir.

Bu nəticələr bir neçə meyara əsaslanır: ərzaq bolluğu, insanların yüksək gəlirləri, başqa mal və məhsullarla müqayisədə ərzaqa daha az pul xərclənməsi, kənd təsərrüfatı sahəsində elmi-tədqiqat və inkişafa böyük sərmayə yatırılması.

Azərbaycan isə 105 ölkə arasında 67-cidir.

Ərzaq təhlükəsizliyi ilə bağlı bu reytinqi “Economist Intelligence Unit” (London) araşdırma mərkəzi tərtib edib.

Azərbaycanın zəif cəhətləri kimi, araşdırma mərkəzinin hesabatında, kənd təsərrüfatı sahəsində elmi tədqiqatlara xərclənən pulun azlığı, ərzaq təhlükəsizliyi ilə bağlı konkret proqramların məhdud sayda olması, siyasi sabitlik məsələsi, demokratiya indeksi, ailələrin başqa mal və məhsullarla müqayisədə ərzağa çox pul xərcləməsi, ümumi daxili məhsulun adambaşına düşən həcmi göstərilib.

İnkişaf etmiş ölkələrdə adambaşına gündəlik qəbul edilən ərzaq iqtisadiyyatı zəif ölkələrdə yaşayanların qəbul etdiyindən 1200 kalori artıqdır.

Hər bir insanın sağlam və aktiv həyat üçün günə 2300 kalori ərzağa ehtiyacı var. Zəngin ölkələrdə ərzaq bol olduğu üçün hər bir insan bundan 1100 kalori artıq da yeyə, içə bilər.


Son 20 ildə kənd təsərrüfatı məhsullarının istehsalında ən az riskli ölkə Çin olub.

Bu baxımdan ən pis vəziyyət isə Mərakeş, Tunis, Əlcəzair kimi Afrika ölkələrində müşahidə edilib.

Hesabatda Ərzaq və Kənd Təsərrüfatı Təşkilatına istinadla qeyd edilir ki, əgər qadınların əli daha yaxşı toxum və gübrələrə kişilər qədər çatsaydı, onlar öz məhsullarını 20-30 faiz artıra bilərdilər.

Əgər nəzərə alınsa ki, indi dünyada fermerlərin 43 faizi qadındır, onda bu halda dünyada aclığın miqyası 12-17 faiz azala bilərdi.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG