Keçid linkləri

2026, 29 Aprel, çərşənbə, Bakı vaxtı 17:20

Son 3 gündə Pakistanda 16 təhlükəsizlik əməkdaşı öldürülüb

Pakistanda polisdə təcrübə keçən 9 adam öldürülüb.

Lahore şəhərində baş verən hücumu Taliban öz üzərinə götürüb.

Talibanın sözçüsü Ahsanullah Ahsan bildirib ki, bu hücum həbsxanada yaraqlılara verilən işgənclərə görə qisasdır.

Polisdə təcrübə keçənlər həbsxana keşikçiliyini öyrənirmişlər.

Motosikletdə olan qara maskalı silahlılar polis yataqxanasına hücum ediblər.

Son üç gün ərzində təhlükəsizlik qüvvələrinə bu, ikinci hücum olub.

İyulun 9-da İslamabadın 150 km-də silahlı şəxslər 7 təhlükəsizlik əməkdaşını güllələyiblər.
This item is part of
XS
SM
MD
LG