Keçid linkləri

2017, 23 Yanvar, Bazar ertəsi, Bakı vaxtı 12:57
Hüseyn Cavidin 130 illik yubileyinə daha bir töhfə hazırlanıb.

Böyük yazıçının «Şeyda» dramı dünyanın müxtəlif dillərinə çevrilib.

Xəbəri Hüseyn Cavid Ev Muzeyinin saytı yayıb.

Hüseyn Cavidin Ev Muzeyinin və Bakı Slavyan Universitetinin birgə təşəbbüsü ilə əsər türk, rus, ingilis, alman, fransız, polyak, belarus, bolqar, ukrayna, çex, yunan dillərinə tərcümə edilib.

Kitaba əsərin tərcümə edildiyi hər bir dildə ön söz yazılıb.

Kitabın tərtibçisi Ev Muzeyin direktoru filologiya doktoru Gülbəniz Babaxanlıdır.

Kitabın yubiley ərəfəsində nəşr olunması gözlənilir.
XS
SM
MD
LG