Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:24

Azərbaycan Ordusunda silahlı insident olub


Azərbaycan Ordusunun hərbçisinin ehtiyatsızlıqdan əsgər yoldaşını güllələdiyi bildirilir.

APA-nın məlumatına görə, hadisə iyulun 11-I Şəmkir hərbi birləşməsinin «N» saylı hərbi hissəsində qeydə alınıb. İlkin məlumatda deyilir ki, Azərbaycan Ordusunun əsgəri Çingiz Bədəlovun tabeliyindəki avtomat silahdan ehtiyatsızlıqdan atəş açılıb və güllə onun əsgər yoldaşı Saleh Valeh oğlu Qorodayevə dəyib. Nəticədə T. Qoradayev aldığı xəsarətdən vəfat edib.

Hadisə zamanı vəfat edən T. Qorodayev Balakən, Ç. Bədəlov isə Göyçay rayonundan həqiqi hərbi xidmətə çağırılıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri, polkovnik Eldar Sabiroğlu faktı təsdiqləyib.
XS
SM
MD
LG