Keçid linkləri

2026, 10 Mart, çərşənbə axşamı, Bakı vaxtı 12:12

Krasnodardakı daşqınlardan 48 min nəfər zərər çəkib

Həftəsonu Rusiyanın daşqınlara məruz qalan Kranosdar vilayətində 17 min nəfər işıqsız qalıb. Fövqəladə Hallar Nazirliyi bildirir ki, 28 min adamın yaşadığı yerə qaz verilmir, 2 minə yaxını susuz qalıb.

Ümumilikdə fəlakətdən 48 min nəfər zərər çəkib, 170 nəfər həlak olub. Ümumilikdə iyulun 7-si gecə baş verən daşqından 133 milyon dollar ziyan dəyib.

Müxalifət baş verənlərlə bağlı detallıq istintaq tələb edir, hakimiyyət orqanları isə fəlakətə cavab verməkdə bəzi səhvlər etdiklərini etiraz edib, 2 məmur işdən çıxarılıb.
XS
SM
MD
LG