Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 04:42

Yağışlı hava davam edəcək


Arxiv foto
Arxiv foto
Bakıda müşahidə edilən qeyri-sabit hava yay fəsli üçün xarakterik deyil. Bu barədə APA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev bildirib. Onun sözlərinə görə, ümumi götürdükdə isə belə yağışlar əvvəllər də yay dövründə müşahidə olunub: “Azərbaycanda əvvəlki illərdə də yayın ayrı-ayrı günlərində ölkədə daşqın və sellər müşahidə edilib”.
Baş hidroloq deyib ki, dünyada ekstremal hidrometeoroloji hadisələrdə artım baş verməkdədir: “Buraya sel, daşqın, güclü istilər, əsasən də güclü küləklər daxildir. Buna misal olaraq 2010-2011-ci ildə müşahidə edilən istiləri, 2010-cu ildə Azərbaycan ərazisində davam edən uzunmüddətli istiləri göstərmək olar”.
A. Verdiyevin sözlərinə görə, sinoptik şəraitlə əlaqədar iyulun 11, 12 və 13-də Azərbaycanda əsasən gecə və axşam yağışların davam edəcəyi gözlənilir. Bakı və Abşeron yarımadasında iyulun 11, 12 və 13-də hava dəyişkən buludlu olacaq, arabir tutulacaq, əsasən yağmursuz keçəcək. İyulun 13-də isə gecə yarımadanın bəzi yerlərində qısamüddətli az yağış ehtimalı var. Havanın temperaturu iyulun 11, 12-də 30-35, 13-də isə 28-33 dərəcə isti təşkil edəcək.
XS
SM
MD
LG