Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 10:31

E.Məmmədyarov: "Problem Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmjuş torpaqlarında olmasıdır"


«Gəlib Azərbaycana gah təmas xəttindən snayperlərin çıxarılmasını, gah da hansısa mexanizmlər təklif etmək gülməli görünür. Problem mexanizmlərdə yox, Ermənistan qoşunlarının Azərbaycanın işğal edilmiş torpaqlarında olmasındadır. Əgər o qoşunlar oradan çıxsa, həm insident, həm də mexanizm problemləri həll olunacaq. Bu Azərbaycanın mövqeyidir və biz onun üzərində dayanacağıq».

Bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov iyulun 9-da ATƏT-in baş katibi Lamberto Zannierlə birgə keçirdiyi mətbuat konfransında deyib.

Lamberto Zannier konfransda bildirib ki, təmas xəttində və sərhəddə insidentlərin baş verməsi narahatlıq doğurur:
XS
SM
MD
LG