Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 15:22

Əfqanıstanda törədilmiş hücumlarda 40-dan çox adam ölüb


Bazar günü Əfqanıstanın cənubunda törədilmiş partlayış və hücumlarda 40-dan çox adam ölüb.

Təkcə Qəndəhar əyalətində sərnişin avtobusunun minaya düşməsi nəticəsində 10 nəfər ölüb, 10-a yaxın adam isə yaralanıb.

Bundan bir neçə saat sonra elə həmin rayonda minik maşınının minaya düşməsi nəticəsində isə 4 dinc sakin ölüb.

Qonşuluqdakı Helmand əyalətində isə talibançılar polis postuna hücum ediblər.

Təxminən 5 saat çəkmiş döyüşdə 5 polis və 20-ə yaxın yaraqlı ölüb.
XS
SM
MD
LG