Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:32

Liviyada 101 seçki məntəqəsi açılmayıb


Liviyada keçirilən parlament seçkisində 101 seçki məntəqəsi təxribatlar və təhlükəsizlik baxımından açılmayıb.

Bu barə Mərkəzi Seçki Komissiyasının nümayəndəsi məlumat verib.

Bu ölkədəki seçki məntəqələrinin 5 faizindən çoxu deməkdir.

Problem ölkənin şərq bölgəsində yaranıb.

Benqazidə parlamentdə şərqə 60, qərbə isə 100-dən çox deputat mandatı ayrılmasına etiraz olarak nümayiş keçirilib.

Həmçinin Benqazidə seçki məntəqəsinə silahlı basqın edildiyi, Breqe və Acdabi şəhərlərində isə qarətlər baş verdiyi xəbər verirlir.

Paytaxt Tripolidə isə vəziyyət sabitdir, əhali səs vermək üçün növbələrə düzülüb.

Bu keçmiş dikdator Muammar Qaddafinin devrilməsi və qətlindən sonra ölkədə keçirilən ilk parlament seçkisidir.

Namizədlərin çoxu islamçılardır.
XS
SM
MD
LG