Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:46

«Turizm sahəsi, xidmət səviyyəsi bu gün istədiyimiz səviyyədə deyil»


Azərbaycan Mədəniyyət və Turizm nazirinin I müavini Vaqif Əliyev Azərbaycanın turizm sahəsinin mövcud vəziyyətindən danışıb.

O, APA-ya açıqlamasında bu sahənin bəzi istiqamətlərinin səviyyəsinin qaneedici olmadığını deyib:

«Otelçilik, xidmət sahəsində problemlər var. Bu problemlərin aradan qalxması və səviyyənin artması üçün bir çox addımlar atılır. Amma bu halın tənzimlənməsi təkcə bizdən asılı deyil. Turistlər gəldikcə, istər-istəməz infrastruktur da yaranacaq, xidmətin səviyyəsi də artacaq. Bunların hər biri zamanın tələbi ilə uyğunlaşmalıdır… Görüləsi işlər çoxdur və bunlar bir-birinə bağlıdır. Zaman keçdikcə, irəliləyiş olacaq».
XS
SM
MD
LG