Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 15:38

Milyonlarla adam Kərbalanı ziyarət edir


Milyonlarla şiə müsəlmanı bu gün İraqda Kərbalanı ziyarət edirlər.

Ziyarətçilər İmam Mehdinin mövludu – ad günü münasibəti ilə Kərbalaya yığışıblar. İraq rəsmilərinin məlumatına görə, ümumilikdə bu il 6 milyon adamın ölkəiçindən, 150 min nəfərin də xaricdən Kərbalanı ziyarət etməsi gözlənilir.

Şiə ziyarətçiləri tez-tez Al-Qaeda ilə əlaqəli olan terrorçu qrupların hədəfinə çevrilirlər. Ötən ay şiə ziyarətçilərinə yönələn bombalı hücumlarda 100 nəfər həlak olmuşdu.


Bu həftə ziyarətçilərin təhlükəsizliyini qorumaq üçün onlarla vertolyot və minlərlə polis cəlb edilib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG