Keçid linkləri

2025, 16 Yanvar, Cümə axşamı, Bakı vaxtı 10:37

Assad Türkiyəni Suriyadakı “terrorçulara” dəstək verməkdə ittiham edib


Suriya prezidenti Bashar Assad Türkiyəni Suriya ərazisindəki “terrorçulara” dəstək verməkdə ittiham edib. Ankaradan ölkəsinin daxili işlərinə qarışmamağı tələb edib.

“Türkiyə Suriya vətəndaşlarını qətlə yetirən terrorçulara arxa cəbhədəki kimi kömək edir”. Bu haqda Assad Türkiyə mətbuatına müsahibəsində deyib.

Suriya prezidenti Suriyanın Türkiyə qırıcı təyyarəsini vurmasından da təəssüfləndiyini bildirib. Dəməşq həmin təyyarənin Suriya hava sərhədini pozduğunu bildirir.
XS
SM
MD
LG