Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 20:29

«Səadət Sarayı» sabah açılacaq


«Səadət Sarayı»nın binası
«Səadət Sarayı»nın binası
İyulun 5-də Bakıdakı «Səadət Sarayı»nın təmirdən sonra açılış mərasimi keçiriləcək.

APA-nın xəbərinə görə, bunu gənclər və idman naziri Azad Rəhimov deyib.

Nazir bildirib ki, uzun müddətdir təmirə dayanan saray tamamilə müasir təchizatla təmin olunub: «Binada zəlzələyə qarşı yeni sistem quraşdırılıb və bütün təhlükələrə qarşı mühafizə sistemi qurulub. Saray 9-10 bal gücündə zəlzələyə davamlıdır. Bu, onu deməyə əsas verir ki, saray uzun illər xalqa xidmət edəcək».

Nazirin sözlərinə görə, mükəmməl təmir olunmaqla yanaşı binanın tarixiliyini əks etdirən görünüşü də saxlanılıb.

Səadət Sarayını Bakı milyonçusu Murtuza Muxtarov ömür yoldaşı Liza xanım üçün 1911-12-ci illərdə tikdirib.

Sarayın memarı İ. Ploşkodur.

Bakının mərkəzində yerləşən (Murtuza Muxtarov və Əhməd Cavad küçələrinin kəsişməsində«Səadət Sarayı» 2007-ci ildən təmirə dayanmışdı.

Bərpa işləri Gənclər və İdman Nazirliyinin sifarişi ilə aparılırdı.
XS
SM
MD
LG