Keçid linkləri

2025, 08 Fevral, şənbə, Bakı vaxtı 21:26

Gürcüstanda 70 nəfər xlor sızmasından zəhərlənib


Arxiv foto: Tbilisi
Arxiv foto: Tbilisi
Gürcüstanın Tbilisi şəhəri ətrafında xlor sızmasından zəhərlənənlərin sayı 70 nəfərə çatıb.

Onların çoxu ətrafda yaşayan adamlardır. Bundan əvvəl 56 nəfərin xəstəxanalarına çatdırıldığı haqqında məlumat verilmişdi.

Zərərçəkənlərdən birinin vəziyyəti ağırdır. O, asma xəstəliyindən əziyyət çəkirmiş.

Prezident Mikheil Saakashvili və səhiyyə naziri Zurab Ciaberaşvili xəstəxanada zərərçəkənlərə baş çəkib.

Xlor sızıntısı iyulun 4-nə keçən gecə Lilo qəsəbəsində özəl şirkətlərdən birində baş verib.
XS
SM
MD
LG