Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 09:14

Sarkozynin evində axtarış aparılıb


Fransa polisi çərşənbə axşamı keçmiş prezident Nikolas Sarkozynin evi və ofislərində axtarış aparıb.

Məlumatı BBC yayıb.

Axtarış 2007-ci ildə onun prezident kampaniyasının qeyri-qanuni maliyyələşdirilməsilə bağlı aparılan istintaq işiylə bağlıdır.

Söhbət onun “Loreal” kosmetika şirkətinin keçmiş rəhbəri Liliane Bettencourtdan böyük məbləğdə pul almasından gedir.

Fransada vətəndaşın prezident kampaniyasına verdiyi məbləğ 4600 avrodan artıq olmamalıdır.

İttihamı rədd edən Sarkozy hazırda ailəsi ilə birlikdə Kanadadadır.

Bunu France-Presse agentliyinə onun vəkili bildirib.
XS
SM
MD
LG