Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 17:06

Tanınmış yazıçılar müxalifyönlü saytın rəhbərliyinə gətirildi


Zaxar Prilepin və Sergey Şarqunov
Zaxar Prilepin və Sergey Şarqunov
Tanınmış rus yazıçıları Sergey Şarqunov və Zaxar Prilepin müxalifyönlü "Свободная пресса" saytının rəhbərliyinə gətirilib.

Şarqunov saytın baş redaktoru, Prilepin isə şef-redaktoru təyin edilib.

Onlar bildiriblər ki, Rusiya mediasında ciddi polemikalara demək olar ki yer qalmayıb və məqsədləri bu boşluğu doldurmağa çalışmaq, saytda fikir müxtəlifliyini təmin etmək, solçuya da, millətçiyə də, sağçıya, liberala da yer ayırmaqdır.

Onlar "öz xalqçı baxışlarını, barışmaz müxalif mövqelərini gizlətmək fikrində olmadıqlarını"i da deyiblər.

Redaktorların sözlərinə görə, saytda ən çox köşə yazıları və xəbərlərə yer veriləcək.

Bundan başqa rus yazıçılarının əsərləri də çap olunacaq.

2008-ci ildə yaradılan sayta, "Rambler"in statistikasına görə, hər gün 100 mindən çox oxucu daxil olur.

Bundan əvvəlki redaktor hökümətyönlü RİA Novosti agentliyinin saytına rəhbər getmişdi.

Zaxar Prilepin Rusiya Millətçi-Bolşevik Partiyasının üzvüdür. Onun "Günah" romanı 2011-ci ildə Rusiyada həm "Russkiy buker", həm də "Super natsbest" mükafatlarının "onilliyin kitabı" nominasiyalarında qalib olub.

1980-ci il təvəllüdlü Şarqunov isə indiyəcən Rusiyanın "Debüt" mükafatının qalibi seçilib. Bundan başqa ölkəsinin "Milli bestseller" mükafatının finalçısı olub.
XS
SM
MD
LG