İsveçrənin Bern şəhərində yaşayan azərbaycanlıların Beynəlxalq Haqq Ədalət Assosiasiyası adlı təşkilat iyunun 30-da şəhərin mərkəzində etiraz aksiyası keçirib. Aksiyada təşkilatın rəhbəri Qabil Rzayev Azərbaycan hakimiyyətini korrupsiyada ittiham edən fikirlər səsləndirib.
O deyib ki, ölkəni bürüyən korrupsiya və rüşvətə görə vətəndaşların imkanı olanı iş dalınca başqa dövlətlərə gedir, ölkədə insan haqları pozulur, seçkilər saxtalaşdırılır.
Beynəlxalq Haqq Ədalət Assosiasiyası 2011-ci ildə yaradılıb.