Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:43

TQDK son buraxılış imtahanlarının nəticəsini açıqlayıb


Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2012-ci il iyunun 29-da respublikanın bir sıra şəhər və rayonlarında, o cümlədən Lənkəran, Astara, Masallı, Lerik, Yardımlı, Cəlilabad, Şirvan, Salyan, Neftçala, Hacıqabul və Biləsuvarın 9 və 11-ci sinif şagirdləri üçün keçirdiyi buraxılış imtahanlarının nəticələrini açıqlayıb.

Nəticələrə görə, tam orta təhsil bazası (11 illik) üzrə keçirilmiş buraxılış imtahanın nəticələrinə əsasən, imtahanda iştirak edən 11094 məzundan 840 nəfəri Ana dilindən, 1536 nəfəri Riyaziyyatdan «2» alıb. 1259 şagirdin Ana dilindən, 1118 nəfərin isə Riyaziyyatdan biliyi «5»-lə qiymətləndirilib.

Ümumi orta təhsil bazasında (9 illik) buraxılış imtahanın nəticələrinə əsasən, imtahanda iştirak edən 17786 şagirddən 2705 nəfərinin Ana dilindən, 3840 nəfərinin isə Riyaziyyatdan qiyməti «2» olub.
XS
SM
MD
LG