Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 18:29

Petrosyan müxalifətdən prezidentliyə vahid namizəd ola bilər


“Əgər payızda əlverişli şərait yaransa, Levon Ter-Petrosyan 2013-cü ildə keçiriləcək prezident seçkilərində Erməni Milli Konqresinin namizədi olacaq və onu digər siyasi qüvvələrin də dəstəkləyəcəyi istisna olunmur”.
Bunu Erməni Milli Konqresinin parlament fraksiyasının rəhbəri Levon Zurabyan deyib.

Levon Zurabyan Serj Sakisyan hakimiyyətinə qarşı çıxan bütün siyasi qüvvələrin vahid namizəd ətrafında birləşəcəyini, bu namizədin isə Levon Ter-Petrosyan olacağını bildirib.

Ermənistanda prezident seçkiləri 2013-cü ilin fevralında keçiriləcək.

Məlumatı Azadlıqradiosunun erməni xidməti yayıb.
XS
SM
MD
LG